Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA ilə “Davam” Gənclər Hərəkatı arasında innovativ sahibkarlığın təşviqinə dair müzakirələr aparılıb 13.07.21
KOBİA ilə “Davam” Gənclər Hərəkatı arasında innovativ sahibkarlığın təşviqinə dair müzakirələr aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) "Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə “Davam” Gənclər Hərəkatının Agentliyin keçirdiyi müxtəlif tədbirlərdə və proqramlarda iştirakına və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 


Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, gənclərin sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, innovativ sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, KOBİA-nın bu sahədə sahibkarlar assosiasiyaları və ictimai birliklərlə əməkdaşlıq etdiyini, birgə tədbirlərin və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. 


"Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı təkliflərlə çıxış edib, daha sonra fikirlərini qeyd etmələri üçün heyətin üzvlərinə söz verib. Görüşdə gənclərin biznes ideyalarının reallaşdırılmasına, onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasına dair müxtəlif təkliflər səsləndirilib, bu istiqamətdə hərəkatın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

Powered by Froala Editor