Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA Dubayda keçirilən Azərbaycan İnvestisiya Forumunda təmsil olunub 04.11.21
KOBİA Dubayda keçirilən Azərbaycan İnvestisiya Forumunda təmsil olunub

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxslərinin və iş adamlarının iştirakı ilə noyabrın 4-də Dubay şəhərində keçirilmiş Azərbaycan İnvestisiya Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. 


Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB sektorunda ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd olunub ki, Agentlik KOB-lara xidmətlərin göstərilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə önəm verir və Birləşmiş Ərəb Əmirliklərinin bu sahədə təcrübəsi də KOBİA-nın diqqət mərkəzindədir. Hər iki ölkənin KOB-ları arasında əlaqələrin inkişaf etdirilməsi və sahibkarlar üçün birgə əməkdaşlıq platformalarının yaradılması işgüzar münasibətlərin genişləndirilməsi üçün vacib istiqamətlərdəndir. 

Powered by Froala Editor