Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA daşıma sahəsində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinə dəstək məqsədilə Anlaşma Memorandumu imzalayıb 26.10.23
KOBİA daşıma sahəsində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinə dəstək məqsədilə Anlaşma Memorandumu imzalayıb

KOBİA, TOBBUND, AGTL və KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatoru arasında imzalanan Anlaşma Memorandumu KOB-ların xarici iqtisadi fəaliyyətinə dəstək məqsədilə müxtəlif tədbirləri nəzərdə tutur.

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “TOBB UND Lojistik Yatırım AŞ” (TOBBUND), Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatoru (XİFDO) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, TOBBUND-un baş direktoru Mehmet Uylukçu, XİFDO-nun icraçı direktoru Kamran Həbibov, AGTL-in icraçı direktoru Vüsal Qasımov imzalayıblar. 

Anlaşma Memorandumunda Azərbaycan və Türkiyə daşıyıcılarının və müvafiq sahədə fəaliyyət göstərən KOB-ların xarici iqtisadi fəaliyyətinə dəstək məqsədilə tədbirlər, o cümlədən tranzit və logistika sahəsində məlumat və təcrübə mübadiləsi, birgə tədbir və layihələrin hazırlanması və həyata keçirilməsi, işgüzar əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur. 

İmzalanma mərasimi çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “TOBB UND Lojistik Yatırım AŞ”nin baş direktoru Mehmet Uylukçu, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının icraçı direktoru Vüsal Qasımov və KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatorunun icraçı direktoru Kamran Həbibov arasında keçirilən görüşdə müvafiq Anlaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq imkanları müzakirə edilib. 

Powered by Froala Editor