Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA-da vətəndaş qəbulu keçirilib 05.08.25
KOBİA-da vətəndaş qəbulu keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) vətəndaşların növbəti qəbulu keçirilib. Qəbul zamanı Agentliyin sədri tərəfindən müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların müraciətləri dinlənilib, bəzi məsələlərlə bağlı yerində izahat verilib. 

Vətəndaşların araşdırma tələb edən müraciətləri isə qeydə alınaraq, müvafiq qurumlarla birgə araşdırılması üçün Agentliyin aidiyyəti şöbələrinin icraatına yönləndirilib. Araşdırmanın nəticələri barədə vətəndaşlara məlumat veriləcəyi qeyd olunub. 

Eyni zamanda qəbul zamanı vətəndaşların biznes fəaliyyətinin qurulması və inkişaf etdirilməsinə dair təklifləri dinlənilib, layihələrin reallaşdırılması üçün dövlət dətəyi alətlərinə və KOBİA-nın mandatı çərçivəsində göstərə biləcəyi dəstəyə dair fikir mübadiləsi aparılıb. 




Powered by Froala Editor