Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-da vətəndaş qəbulu keçirilib 13.12.24
KOBİA-da vətəndaş qəbulu keçirilib

2024-cü ildə KOBİA-da 340-a yaxın vətəndaş qəbulu keçirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. Agentliyin rəhbər heyəti qəbulda iştirak edən sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətlərini, o cümlədən təklif və çətinliklərini dinləyib, suallarını cavablandırıb.

Qəbulda sahibkarlar tərəfindən qaldırılan məsələlərin Agentliyin səlahiyyətləri çərçivəsində araşdırılacağı və həlli istiqamətində müvafiq dəstək və əlaqələndirmə tədbirlərinin görüləcəyi bildirilib.

Sahibkarlar KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentlik nümayəndələrinin qəbuluna yazıla bilərlər. 

Qeyd edək ki, 2024-cü ildə Agentliyin inzibati binasında 340-a yaxın vətəndaş qəbulu keçirilib.

Powered by Froala Editor