Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
KOBİA-da və Xaçmaz KOB evində koronavirus təhlükəsinə qarşı kompleks profilaktik tədbirlər görülür 16.03.20
KOBİA-da və Xaçmaz KOB evində koronavirus təhlükəsinə qarşı kompleks profilaktik tədbirlər görülür

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz şəhərində yerləşən KOB evində və Agentliyin inzibati binasında koronavirus (COVİD-19) infeksiyasına qarşı kompleks profilaktik tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”na uyğun olaraq, Xaçmaz KOB evi və Agentliyin inzibati binası dezinfeksiya olunub. Dezinfeksiya işləri zamanı binalardakı xidməti pəncərələrin, görüş otaqlarının, konfrans zallarının, lift və pilləkənlərin, sanitar qovşaqların və s. xüsusi maddələrlə dərmanlanması işləri həyata keçirilib. Qeyd edək ki, kompleks profilaktik tədbirlərə uyğun olaraq, gündəlik KOBİA-nın strukturuna daxil olan binalarda döşəmələr, qapı dəstəkləri və digər təmas səthləri bir neçə dəfə xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.

Eyni zamanda sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyə və Xaçmaz KOB evinə müraciət edən sahibkarlara koronavirus infeksiyası barədə məlumat verilir, “KOB könüllüləri” tərəfindən onlara maarifləndirici bukletlər paylanılır. Sahibkarlarla yanaşı, Agentliyin və Xaçmaz KOB evinin əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır.

Powered by Froala Editor