Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-da Nyu York şəhər meriyasının nümayəndələri ilə görüş keçirilib 01.05.23
KOBİA-da Nyu York şəhər meriyasının nümayəndələri ilə görüş keçirilib

Nyu York şəhər meriyasının beynəlxalq məsələlər üzrə komissarı ilə KOB-ların xarici əlaqələrinin genişləndirilməsi və bazarlara çıxışı sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Nyu York şəhər meriyasının beynəlxalq məsələlər üzrə komissarı Edvard Mermelstein və meriyanın protokol məsələləri şöbəsinin rəhbəri Rəna Abbasova ilə görüşüb.
 

Görüşdə KOBİA-nın fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, KOB-ların xarici əlaqələrinin genişləndirilməsinə və bazarlara çıxışına, bu sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 


Powered by Froala Editor