Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA-da koronavirusun turizm sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib 31.03.20
KOBİA-da koronavirusun turizm sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanın turizm sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Görüşdə Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının, turizm sektorunda fəaliyyət göstərən müxtəlif assosiasiyaların, eləcə də 30-a yaxın turizm şirkətinin nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq, görüşün koronavirus epidemiyasının Azərbaycanın turizm sektoruna, ümumiyyətlə biznesə mümkün təsirlərinin və KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi üçün çıxış yollarının müzakirə edilməsi, turizm sektorunun gözləntilərinin və təkliflərinin öyrənilməsi olduğunu diqqətə çatdırıb.

Görüşdə turizm assosiasiyaları və şirkətləri tərəfindən koronavirusla bağlı daxili və xarici turist axınının azaldığı, əvvəlcədən sifariş verilmiş turların və otel rezervasiyalarının ləğv olunduğu, müxtəlif tədbirlərin, xüsusilə də Novruz Bayramı ilə əlaqədar tədbirlərin təxirə salınması səbəbindən turizm sektorunun müəyyən gəlirlərini itirdiyi qeyd edilib, yaranmış problemdən çıxış yolları müzakirə olunub, təkiflər səsləndirilib.

Tədbir çərçivəsində koronavirus infeksiyasının biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsinə dair sahibkarlar arasında sorğu da keçirilib.

Görüşdə səsləndirilən təkliflər və aparılmış sorğunun nəticələri ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaqdır.

Powered by Froala Editor