Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib 04.09.19
KOBİA-da biznes assosiasiyaları ilə görüş keçirilib

Sentyabrın 4-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkəmizdə fəaliyyət göstərən və sıralarında yüzlərlə sahibkarları birləşdirən biznes assosiasiyaları ilə görüş keçirilib.

Nar, arıçılar, şərab, xurma, zeytun, tikinti materialları, turizm, mebel, qablaşdırma, tekstil, maşın və avadanlıqlar istehsalçıları və ixracatçıları, eləcə də qadın və əlil sahibkarlar assosiasiyalarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlar dövlət dəstəyi mexanizmləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixi Fərmanı ilə təsdiq olunmuş daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin göstərilməsi qaydaları barədə məlumalandırılıb. Görüşdə həmçinin, biznes assosiasiyalarının gücləndirilməsi və bu sahədə KOBİA ilə əməkdaşlıq imkanları müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Diqqətə çatdırılıb ki, müvafiq qaydalara uyğun olaraq, daxili bazar araşdırmaları üçün dövlət dəstəyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilir və sahibkarlar maraqlı olduqları daxili bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Sahibkarlar və biznes assosiasiyaları daxili bazar araşdırmaları ilə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış bölmədən (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

Tədbirdə iştirak edən sahibkarlar assosiasiyalarının nümayəndələri sahibkarların son zamanlar daxili bazar araşdırmalarının aparılmasına xüsusi maraq göstərdiklərini, daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsinin müvafiq sahədə xərcləri və riskləri azaldacağını, yeni istehsal sahələrinin, məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfə verəcəyini bildiriblər.

Powered by Froala Editor