Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-da 2026-cı ilin ilk vətəndaş qəbulu keçirilib 19.01.26
KOBİA-da 2026-cı ilin ilk vətəndaş qəbulu keçirilib

Qəbulda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) 2026-cı il üzrə ilk vətəndaş qəbulu keçirilib. 

Qəbulda biznes subyektlərinin sahibkarlığın inkişafı ilə bağlı müxtəlif məsələlərə dair müraciətləri dinlənilib, sualları cavablandırılıb. Qəbul zamanı sahibkarlar tərəfindən qaldırılan məsələlərin Agentliyin səlahiyyətləri çərçivəsində araşdırılacağı və həlli istiqamətində müvafiq dəstək və əlaqələndirmə tədbirlərinin görüləcəyi bildirilib.

Qeyd edək ki, biznes subyektləri KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı Agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə müraciət edə və “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.

Powered by Froala Editor