Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
KOBİA “Caspian Investment Forum Bishkek 2024” tədbirində iştirak edib 22.04.24
KOBİA “Caspian Investment Forum Bishkek 2024” tədbirində iştirak edib

Orta Dəhlizin inkişafı üçün dəhlizin üzərində yerləşən ölkələrin kiçik və orta sahibkarları arasında iqtisadi əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir.

Qırğızıstanda "Caspian Energy Club Kyrgyzstan"ın təşkilatçılığı ilə “Caspian Investment Forum Bishkek 2024” keçirilib. Orta Dəhliz üzərində yerləşən ölkələrin investisiya potensialı, azad iqtisadi zonalar, ixracın inkişafı üçün imkanlar, "yaşıl iqtisadiyyat"a keçid, "yaşıl enerji", enerji dayanıqlığı və Türkdilli ölkələrin biznes ictimaiyyətinin əməkdaşlığı kimi məsələlərin müzakirə edildiyi tədbirdə Qırğızıstan və Azərbaycan tərəfindən rəsmi şəxslər, iş adamları iştirak ediblər. 

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) da təmsil olunub. KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov forumda çıxış edərək Azərbaycanda sahibkarlara göstərilən mövcud dəstək mexanizmləri barədə məlumat verib. Biznesin açılması, məsləhət və təlim xidmətləri, eləcə də KOBİA-nın startaplar üçün dəstək alətləri maraqla qarşılanıb. Qeyd olunub ki, Orta Dəhlizin nöbəti mərhələdə inkişafı üçün dəhlizin üzərində yerləşən ölkələrin kiçik və orta sahibkarları arasında iqtisadi əlaqələrin genişləndirilməsi və istehsal kooperasiyasının qurulması əhəmiyyətlidir. Bu həm də dəhlizin gələcəkdə ixrac potensialından daha geniş istifadə etməyə şərait yaradacaqdır.

Powered by Froala Editor