Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA "Caspian Energy Club"un növbəti onlayn "B2G" Forumuna qatılıb 16.12.20
KOBİA "Caspian Energy Club"un növbəti onlayn "B2G" Forumuna qatılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Energy Club"un təşkil etdiyi ənənəvi onlayn "B2G" Forumunda iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovun da iştirak etdiyi forum çərçivəsində "COVİD-19" pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov pandemiya şəraitində biznes-hökumət dialoqunun əhəmiyyətini qeyd edərək, bu istiqamətdə müxtəlif platformalar üzərindən təşkil olunan müzakirələrdə və tədbirlərdə Agentliyin də aktiv iştirak etdiyini, hökumətin hər zaman olduğu kimi mövcud “COVİD-19” şəraitində də sahibkarların yanında olduğunu vurğulayıb. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə biznes layihələr həyata keçirmək istəyən sahibkarların layihələrini KOBİA-ya təqdim edə biləcəkləri və bu sahədə Agentlik tərəfindən göstəriləcək dəstək və xidmətlər diqqətə çatdırılıb.

Daha sonra Anar Kərimov və Orxan Məmmədov onlayn "B2G" Forum iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıblar.

"Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimova və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədova minnətdarlığını bildirib.


Powered by Froala Editor