Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edib 20.10.21
KOBİA Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edib


Oktyabrın 20-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də təmsil olunduğu tədbirdə rəsmi şəxslərlə yanaşı tikinti, qida, İKT və digər sahələrdə fəaliyyət göstərən 20-ə yaxın şirkətin nümayəndəsi iştirak edib. 


Biznes forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Xorvatiya iş adamlarının iştirakı ilə birgə müəssisələrin yaradılması və ortaq layihələrin icrası üçün potensialın olduğunu, təşkil olunan biznes forumun biznes dairələri arasında səmərəli tərəfdaşlıqların qurulması üçün əlverişli platforma olduğunu vurğulayıb. KOBİA۔nın Xorvatiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə və yerli tərəfdaşların tapılmasında dəstək göstərə biləcəyi də diqqətə çatdırılıb.

 


Powered by Froala Editor