Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA Azərbaycan-Türkiyə əməkdaşlıq tədbirində təmsil olunub 21.01.21
KOBİA Azərbaycan-Türkiyə əməkdaşlıq tədbirində təmsil olunub

Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) təşkil etdiyi Azərbaycan-Türkiyə əməkdaşlıq tədbiri hər iki ölkənin sahibkarlıq sahəsində fəaliyyət göstərən təşkilatlarını və iş adamlarını eyni platformada birləşdirib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) da təmsil olunub. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ölkəmizdə KOB sektoru, KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin iqtisadi potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verib.

Powered by Froala Editor