Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA Azərbaycan - Körfəz Əməkdaşlıq Şurası biznes vebinarında təmsil olunub 16.03.21
KOBİA Azərbaycan - Körfəz Əməkdaşlıq Şurası biznes vebinarında təmsil olunub

Martın 15-də İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası 2-ci biznes vebinarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. 

 

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Körfəz ölkələri arasında biznes tərəfdaşlığının inkişafı üçün iş adamlarının, xüsusilə KOB subyektlərinin fəallığının artırılması zəruriliyini vurğulayıb. Agentlik və Körfəz ölkələrinin müvafiq qurumları arasında əlaqələrə, əməkdaşlığa dair imzalanmış sənədlərə və keçirilən birgə tədbirlərə dair məlumat verən Orxan Məmmədov Körfəz ölkələrini təmsil edən iş adamlarını Azərbaycanda aktiv biznes fəaliyyətinə dəvət edib, bu sahədə KOBİA-nın iş adamlarına dəstək göstərə biləcəyini bildirib.

 

Onlayn görüşdə çıxış edən Bəhreynin Ticarət və Sənaye Palatasının sədri Sameer Abdullah Nass ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, yeni iqtisadi əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb.

Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev ölkələrimiz arasında əlaqələrin inkişafına dair məlumat verib, bu cür tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulmasına müsbət təsir göstərəcəyini bildirib.

 

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurum haqqında məlumat verib, Azərbaycan və Körfəz ölkələri arasında dostluq prinsiplərinə əsaslanan siyasi münasibətlərin iqtisadi-ticarət əməkdaşlığının inkişafına zəmin yaratdığını, iqtisadiyyatın müxtəlif sahələrində intensiv inkişaf potensialını vurğulayıb, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrlə ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi isiqamətində görülən işlərdən danışıb.

 

Rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, sənaye, səhiyyə və əczaçılıq, turizm, loqistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 70-ə yaxın nümayəndəsinin iştirak etdiyi vebinarda Azərbaycanın və Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin biznes və investisiya mühiti barədə təqdimatlar keçirilib.

Powered by Froala Editor