Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası mövzusunda tədbirdə təmsil olunub 19.06.19
KOBİA aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası mövzusunda tədbirdə təmsil olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iyunun 19-da Naxçıvan Muxtar Respublikasında öz işinə başlamış “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlimdə təmsil olunub.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edəcək tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edir.

Tədbirdə KOBİA-nın fəaliyyəti, sahibkarlara göstərdiyi xidmətlər və dəstək mexanizmləri barədə məlumat verən Agentliyin İdarə Heyəti sədrinin müavini Nadir Adilov aqrar sektorda iqlim dəyişikliyinin aktual məsələlərdən olduğunu və təlimin məhz bu mövzuya həsr edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan aqrar sahədə böyük potensiala malikdir və bu sektorda xeyli sayda kiçik və orta sahibkarlar fəaliyyət göstərir. Aqrar sahədə fəaliyyət göstərən sahibkarların müvafiq sahədə yeniliklər və dəyişikliklər barədə məlumatlandırılmasının önəmini vurğulayan KOBİA təmsilçisi belə tədbirlərin fərdi təsərrüfatların iqlim dəyişikliyinə adaptasiya üçün sahibkarların faydalı biliklər əldə etməsi baxımından əhəmiyyətli platforma olduğunu qeyd edib.

Powered by Froala Editor