Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA Ağstafa rayonunda sahibkarlarla görüşüb 07.04.22
KOBİA Ağstafa rayonunda sahibkarlarla görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarların məlumatlandırılması üçün görüşlərini davam etdirir.  

 

Növbəti belə görüş aprelin 7-də Ağstafa rayonunda təşkil olunub. KOBİA və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş görüşdə Ağstafa və ətraf bölgələrdən olan sahibkarlar, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

 

Görüş çərçivəsində KOBİA-nın Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB dostu da rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bu, Qazax–Tovuz iqtisadi rayonu üzrə sayca 2-ci KOB dostudur. Hazırda KOB dostları ölkənin 31 şəhər və rayonunda fəaliyyət göstərir. 

 

Ağstafa rayonu üzrə KOB dostu ofisi rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək. KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini təmin edəcək. Bu məqsədlə KOB dostu sahibkarların maraqlarının müdafiəsi, investisiya təşəbbüslərinin reallaşdırılması, biznes məsələlərinə dair məlumatlandırma, sahibkarların qarşılaşdıqları çətinliklərin həlli istiqamətlərində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər həyata keçirəcək, dəstək və xidmətlər göstərəcəkdir. 

 

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib. 

 

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun iqtisadi potensialının geniş olduğunu və rayonda sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb, KOB dostunun sahibkarlara dəstək olacağına əminliyini vurğulayıb.

 

Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor