Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Qarabağ KOB-ları 2024” proqramı üzrə ilkin təlimlər başa çatıb Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Zaqatalada keçirilir Naxçıvanda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası Azərbaycan Halal Biznes və Turizm Forumu başa çatıb AZHAB Forumu üçün film Zaqatalada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir Azərbaycan Ticarət Forumu keçirilib “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Naxçıvanda Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib
KOBİA ABŞ-ın bir sıra biznes strukturlarında görüşlər keçirib 01.10.19
KOBİA ABŞ-ın bir sıra biznes strukturlarında görüşlər keçirib

Məlumat verildiyi kimi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərində keçirilən “2-ci Xəzər Biznes Forumu”nda iştirak edib. Forum çərçivəsində KOBİA nümayəndə heyəti KOB sektorunda əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə ABŞ-ın bir sıra qurum və təşkilatlarında görüşlər keçirib.

“2-ci Xəzər Biznes Forumu”nun təşkilatçısı “Caspian Policy Center” təşkilatının icraçı direktoru Afqan Nifti ilə keçirilmiş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Görüşdə “Caspian Policy Center” tərəfindən keçirilən müxtəlif tədbirlərdə KOB-larla bağlı məsələlərin və bu sahədə əməkdaşlıq imkanlarının müzakirə olunmasının diqqətdə saxlanılmasına dair fikir mübadiləsi aparılıb.

ABŞ-ın Kiçik Biznes Administrasiyasının Nyu-York üzrə ofisinin direktoru Bet Qoldberq və Pace Universitetinin Kiçik Biznesin İnkişafı Mərkəzinin direktoru Endryu Flamm ilə görüşdə sözügedən qurumlar tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri və onların ölkəmizdə tətbiqi imkanları müzakirə olunub. Mentorluq, təlimlərin təşkili, qadın sahibkarlığın inkişafı kimi mövzularda ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə KOBİA-nın KOB İnkişaf Mərkəzlərinin fəaliyyətinin səmərəli təşkili üçün ABŞ təcrübəsinin öyrənilməsi, bu sahədə hər iki tərəfin ekspertlərinin iştirakı ilə videokonfransların təşkili məsələləri müzakirə edilib.

ABŞ-ın Ticarət Departamentinin Beynəlxalq ticarət idarəsində təşkil olunmuş görüşdə biznes missiyaların təşkili üzrə ABŞ təcrübəsinə, KOB-lara göstərilən dəstək tədbirlərinə, eləcə də qarşılıqlı biznes səfərlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Nyu-York Ticarət Palatasının prezidenti Mark Caffe və icraçı direktoru Helena Hatt ilə görüşdə Nyu-Yorkda fəaliyyət göstərən bir çox şirkətləri özündə birləşdirən Palatanın fəaliyyəti barədə məlumat verilib, KOBİA-nın Azərbaycan və ABŞ şirkətləri arasında qida, turizm, İKT və s. sahələrdə əməkdaşlığın qurulmasında maraqlı olduğu diqqətə çatdırılıb, KOB-lar üçün birgə tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.

Nyu-York Kiçik Biznes Mərkəzinin Manhetten üzrə ofisinin direktoru Ulas Neftçi ilə görüş çərçivəsində kiçik və orta sahibkarlar üçün təşkil edilən təlimlər, mərkəzin KOBİA-nın KOB İnkişaf Mərkəzi ilə təcrübə mübadiləsi imkanlarına dair müzakirələr aparılıb. Nyu-York Kiçik Biznes Mərkəzi müvafiq sahədə KOBİA ilə təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edib.

Powered by Froala Editor