Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təmsil olunur 03.06.21
KOBİA 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təmsil olunur

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri 2-5 iyun tarixlərində Sankt-Peterburqda keçirilən 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir. 


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forum çərçivəsində Ümumrusiya Kiçik və Orta Sahibkarlıq Təşkilatı – “Opora Rosii” tərəfindən təşkil olunmuş “Ali təhsil müəssisələrində gənc sahibkarlıq: biznes birliklərinə dəstək” mövzusunda paneldə çıxış edib. Qeyd olunub ki, sahibkar düşüncə tərzinin formalaşdırılmasında təhsil müəssisələrinin də rolu böyükdür. Agentlik xüsusilə gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqinə böyük önəm verir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir, ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. KOBİA-nın qrant, “Startap” şəhadətnaməsinin verilməsi, ödənişsiz təlim və məsləhət xidmətlərinin göstərilməsi kimi dəstək mexanizmləri həm də gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına, onların biznes fəaliyyətinin inkişafına yönəldilib.


Forum çərçivəsində KOBİA sədri Ümumrusiya Kiçik və Orta Sahibkarlıq Təşkilatının – “Opora Rosii”nın prezidenti Aleksandr Kalinin ilə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıb. 


XXIV Beynəlxalq İqtisadi Forumu iyunun 5-dək davam edəcəkdir. 

Powered by Froala Editor