Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA 2020-ci ildə Gənclərin İnkişaf və Karyera mərkəzləri ilə sıx əməkdaşlıq edəcək 08.01.20
KOBİA 2020-ci ildə Gənclərin İnkişaf və Karyera mərkəzləri ilə sıx əməkdaşlıq edəcək

Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gənclərin İnkişaf və Karyera Mərkəzinin regionlardakı nümayəndəlikləri ilə əməkdaşlığını genişləndirəcək. Bu əməkdaşlıq ölkə regionları üzrə Agentliyin “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçiriləcək və gənclər sahibkarlıq fəaliyyəti üçün mövcud dövlət dəstəyi mexanizmləri, bu sahədəki layihə və proqramlar, digər yeniliklər barədə mütəmadi olaraq məlumatlandırılacaq, onlara lazımi informasiya və məsləhət xidmətləri göstəriləcəkdir.

Əməkdaşlıq çərçivəsində KOBİA və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümyəndəliyinin təşkilatçılığı ilə gənclərin sahibkarlıq bacarıqlarının artırılmasına dair tədir keçirilib. Tədbirdə KOBİA və Gənclərin İnkişafı və Karyera Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, gənclər Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və müxtəlif bankların nümayəndələri tərəfindən “Biznesdə maliyyə kapitalının əldə edilməsi və idarə olunması” mövzusunda məlumatlandırılıb, onların sualları cavablandırılıb.

Powered by Froala Editor