Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB subyektlərinin maliyyə resurslarına çıxışına dair görüş keçirilib 06.06.23
KOB subyektlərinin maliyyə resurslarına çıxışına dair görüş keçirilib

KOBİA və Azərbaycan Banklar Assosiasiyası KOB-ların maliyyəyə çıxışı, bu sahədəki çətinliklər və onların həlli yolları, alternativ maliyyələşdirməyə dair fikir mübadiləsi aparıblar. 

KOB subyektlərinin maliyyə resurslarına çıxışına dair Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilib. 

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və hər iki qurumun nümayəndələri iştirak ediblər. 

Görüşdə Agentliyə KOB subyektlərindən maliyyəyə çıxışla bağlı daxil olan müraciətlər, bu sahədə KOB-ların qarşılaşdıqları çətinliklər barədə məlumat verilib, mövcud problemlərin həllinə, alternativ maliyyələşdirməyə dair fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor