Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb 19.03.21
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb.


İlk dəfə keçirilməsinə baxmayaraq, müsabiqəyə KOB subyektləri tərəfindən böyük maraq göstərilib və çoxlu sayda layihə təqdim edilib. Növbəti mərhələdə müvafiq tələblərə cavab verən layihələrin Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi həyata keçiriləcək. Layihələrin qiymtələndirilməsi zamanı onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir.


Müsabiqənin nəticələri barədə məlumat aprelin 19-dan sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) açıqlanacaqdır.


Müsabiqədə iştirak edə bilməyən KOB subyektləri il ərzində keçirilməsi nəzərdə tutulan növbəti müsabiqədə iştirak edə bilərlər.


Qeyd edək ki, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı ilk müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq keçirilir. Müsabiqə barədə ətraflı məlumatı Agentliyin saytından (https://bit.ly/3oZx4HZ), eləcə də (012) 404 04 01 və 131 Çağrı Mərkəzindən əldə etmək olar. 

Powered by Froala Editor