Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı 30.04.21
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ilk müsabiqənin nəticələri açıqlanıb. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 329 layihədən 15-nin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. 


Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının aprelin 30-da keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 322-si KOB subyekti və 7-si qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 329 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 129-u hüquqi, 193-ü fiziki şəxslərə, o cümlədən 319-u mikro və 3-ü kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 128-i təhsil, 99-u dəstək, 32-si tədqiqat, 5-i elm, 65-i isə çoxsahəli layihələrdir. 


Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ilk müsabiqəyə sənəd qəbulu 17 fevral - 18 mart tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 19 mart - 23 aprel tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. 


Layihəsinin maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş KOB subyektləri barədə məlumat KOBİA-nın rəsmi internet səhifəsində (https://bit.ly/3oZx4HZ)  yerləşdirilib.  

Powered by Froala Editor