Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 4-cü qrant müsabiqəsinin nəticələri açıqlandı 29.11.23
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 4-cü qrant müsabiqəsinin nəticələri açıqlandı

KOB-ların 19 layihəsinin maliyyələşdirilməsi üçün qrant ayrılacaq.


Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş dördüncü qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 382 layihədən 19-nun maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq. 


Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının noyabrın 29-da keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 369-u KOB subyekti və 13-ü qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 382 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 163-ü hüquqi, 206-sı fiziki şəxslərə, o cümlədən 357-si mikro, 12-si kiçik sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 178-si təhsil, 23-ü elm, 51-i tədqiqat, 130-u dəstək layihələridir. 


Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 4-cü qrant müsabiqəsinə sənəd qəbulu 14 avqust-13 sentyabr 2023-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 15 sentyabr-14 noyabr 2023-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. 

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant 

Powered by Froala Editor