Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB sahəsində Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar genişdir 19.05.22
KOB sahəsində Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar genişdir

Azərbaycan və Türkiyədə bizneslərin 99%-ni kiçik və orta sahibkarlıq (KOB) subyektləri təşkil edir. KOB-lar arasında iqtisadi əlaqələrin genişləndirilməsi ölkələrimiz arasında ümumi ticarət dövriyyəsinin və investisiyaların həcminin artırılmasına əhəmiyyətli töhfə verə bilər.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan - Türkiyə İş Adamları İctimai Birliyinin (ATİB) Ümumi Yığıncağındakı çıxışı zamanı məlumat verib. Qeyd olunub ki, KOBİA müxtəlif mexanizm və xidmətlər vasitəsilə Azərbaycanda fəaliyyət göstərən və ya biznes qurmaq istəyən iş adamlarına dəstək göstərməyə hazırdır. KOB evləri, KOB inkişaf mərkəzləri, KOB dostu şəbəkəsi, daxili bazar araşdırmasına dəstək, “Startap” şəhadətnaməsi və s. KOBİA tərəfindən təmin edilən dəstək alətlərindəndir. Qarşılıqlı iqtisadi aktivliyin artırılması üçün ənənəvi biznes modelləri ilə yanaşı, dövlət-özəl sektor tərəfdaşlığı (PPP) və klasterləşmə kimi təşkilati-hüquqi formalardan da geniş istifadə oluna bilər. İşğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası prosesinə türk iş adamlarının cəlbi Türkiyə ilə iqtisadi əlaqələrimizin yeni sahəsini formalaşdırır. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıqla məşğul olmaq üçün KOBİA-ya daxil olmuş xarici müraciətlərin əksəriyyəti türk şirkətlərinə məxsusdur. 

Powered by Froala Editor