Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb 28.03.23
KOB sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb

KOBİA, İƏİT və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın nümayəndələri arasında görüş keçirilib.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş icraçı direktoru Ayman El Tarabişi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Sahibkarlıq, KOB-lar, Regionlar və Şəhərlər Mərkəzinin şöbə müdiri Selin Kaufman arasında görüş keçirilib.

 

Onlayn formatda təşkil olunmuş görüşdə Agentliyin KOB sahəsində hər iki təşkilatla əməkdaşlıq etdiyi qeyd edilib, KOB-ların inkişafında innovasiyaların tətbiqinə, maliyyəyə və bazarlara çıxışa, gələcək birgə layihə və təşəbbüslərə, eləcə də bu il Bakıda keçirilməsi planlaşdırılan “KOB Dünya Forumu”na dair fikir mübadiləsi aparılıb.


Powered by Froala Editor