Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB sahəsində əməkdaşlığa dair KOBİA Qətərin müvafiq qurumlarında görüşlər keçirib 13.12.21
KOB sahəsində əməkdaşlığa dair KOBİA Qətərin müvafiq qurumlarında görüşlər keçirib

Dekabrın 13-də Qətərə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin İnvestisiya Qurumunda, Sahibkarlar Assosiasiyasında və Birləşmiş İnkişaf Şirkətində (UDC) görüşlər keçirib. 

Qətər İnvestisiya Qurumunun baş direktoru Mansour Ibrahim Al Mahmoud ilə görüşdə KOB-ların layihələrinin birgə maliyyələşdirilməsinə, ölkəmizə investisiya qoyuluşunda maraqlı olan Qətər sərmayədarlarına KOBİA-nın dəstəyinə dair müzakirələr aparılıb. 

Qətər Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin sədri Faisal bin Qassim Al Thani ilə keçirilmiş görüşdə sahibkarların şəbəkələşməsi sahəsində hər iki ölkənin təcrübəsinə, Qətərin Birləşmiş İnkişaf Şirkətinin (UDC) prezidenti İbrahim Jassim Al-Othman Fakhro ilə görüşdə isə dövlət-özəl sektor tərəfdaşlığına, ağıllı şəhər və ağıllı kənd istiqamətlərində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor