Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək KOB evi modeli, bu mexanizmin sahibkarlar üçün əhəmiyyəti “Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır KOBİA-da Azərbaycan-Qırğızıstan biznes əməkdaşlığına dair görüş keçirilib Sahibkarlar birgə maliyyələşmə proqramından necə yararlana bilərlər? “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə! Azərbaycan Texnologiya Universitetinin tələbələri “Gəncə KOB evi”ndə olub
KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir 13.11.25
KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir

Bir il ərzində mindən çox sahibkar KOB Model Müəssisə vasitəsilə öz istehsalını daha səmərəli idarə etməyi öyrənib.

KOB Model Müəssisə 2025-ci ilin ötən dövrü ərzində sahibkarlara istehsal prosesinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli dəstək göstərib. Cari ilin ötən dövründə Model Müəssisə tərəfindən 460 saatdan çox təlim keçirilib ki, bu təlimlərdə 1360-a yaxın sahibkar və istehsalat sahəsində çalışan mütəxəssislər iştirak edib. Təlimlərin məqsədi sahibkarlara öyrəndikləri bilikləri öz müəssisələrində tətbiq edərək məhsuldarlığı artırmağa, xərclərə qənaət etməyə və istehsal prosesindəki itkiləri azaltmağa dəstək olmaqdır. 

KOB Model Müəssisədə keçirilən təlimlər sahibkarların real ehtiyaclarına uyğun olaraq vaxta və xərclərə qənaət üsullarının öyrənilməsi, resurslardan səmərəli və adekvat istifadənin mənimsənilməsi, standartlaşdırma, vaxtın ölçülməsi, qənaətli istehsal metodlarının əyani təbliği, “Soft Skills” (yumşaq bacarıqlar), layihə idarəetməsi, maliyyənin və təchizat zəncirinin idarə olunması, satış və marketinq mövzularını əhatə edib. Eyni zamanda son illərdə sahibkarların rəqəmsal bacarıqlara və “yaşıl iqtisadiyyat”a keçidə göstərdikləri maraq nəzərə alınaraq bu mövzularda da təlimlər təşkil olunub. 

Təlimlərlə yanaşı, KOB Model Müəssisə tərəfindən ümumilikdə 840 saat 5 KOB subyektinə onların müəssisəsində real istehsal proseslərinin təhlili və yaxşılaşdırılması üzrə məsləhət xidməti göstərilib. Bu xidmətlər 2025-ci ilin sonunadək davam etdiriləcəkdir. 

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış KOB Model Müəssisə sahibkarlıq subyektlərinin inkişafı üçün “görmə, eşitmə və icraetmə” konsepsiyası əsasında fəaliyyət göstərən, praktiki bilik və təcrübənin birləşdiyi unikal mərkəzdir. Model Müəssisə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir. Model müəssisənin imkanlarından faydalanmaq istəyən, istehsal sahəsində çalışan biznes subyektləri KOBİA-ya və ya Model Müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən xidmətlər ödənişsizdir.

Powered by Froala Editor