Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
7-ci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə! Korporativ sosial məsuliyyət çərçivəsində futbol klubuna sahibkarlardan dəstək Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib "Sahibkarların bu günü" filmi “Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub Sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda təşkil olunub İdeyadan reallığa: yeni nəsil startaplar parlaq gələcək vəd edir Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Qadınların rolunun artırılması” mövzusunda panel müzakirə keçirilib 11.03.25
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Qadınların rolunun artırılması” mövzusunda panel müzakirə keçirilib

Panel iclasda qlobal miqyasda KOB-ların yaşıl keçidinin asanlaşdırılması, bu sahədə qadın sahibkarlığın təşviqi, qadınların yaşıl təşəbbüslərə inteqrasiyasının araşdırılmasına dair fikir mübadiləsi aparılıb.

Nyu-York şəhərində keçirilən BMT-nin Qadınların Statusuna dair 69-cu Komissiyası çərçivəsində martın 10-da “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Qadınların rolunun artırılması” mövzusunda panel müzakirə təşkil olunub. Panel iclas 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin təşviqi məqsədilə keçirilib. 

İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Əməkdaşlıq Təşkilatının (İƏT) BMT-dəki daimi nümayəndəliyinin və KOBİA-nın təşkilatçılığı, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə keçirilmiş panel iclasda qlobal miqyasda KOB-ların yaşıl keçidinin asanlaşdırılması, bu sahədə qadın sahibkarlığın təşviqi, biznesdə qadınların iştirakının artırılması, qadınları dəstəkləmək üçün yaşıl təşəbbüslərə inteqrasiyanın araşdırılması, kənd yerlərində və az inkişaf etmiş bölgələrdə qadınların üzləşdiyi maneələrin aradan qaldırılması, iqlim dəyişikliklərinə uyğun biznes təcrübələrinin təşviq olunması və s. məsələlər müzakirə olunub. Qeyd olunan istiqamətlərdə SESRIC-in baş direktoru Zehra Zümrüt Selçuk, BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xatib, İƏT-in BMT-dəki daimi müşahidəçisi Həmid Ajibaiye Opeloyeru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva və KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev çıxış edərək, mövzu ətrafında fikir mübadiləsi aparıblar. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Qeyd edək ki, KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə artıq 15-dən çox nüfuzlu yerli və beynəlxalq təşkilat qoşulub. Bəyannamə barədə ətraflı məlumat almaq və bu təşəbbüsə qoşulmaq üçün maraqlı tərəflər www.greensme.org saytından istifadə edə bilərlər. 

Powered by Froala Editor