Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB-ların “yaşıl iqtisadiyyat”a transformasiyası və “yaşıl maliyyələşmə”yə dair seminar keçirilib 01.05.24
KOB-ların “yaşıl iqtisadiyyat”a transformasiyası və “yaşıl maliyyələşmə”yə  dair seminar keçirilib

Seminarda KOB-lar üzrə yaşıl inkişafın əhəmiyyəti, yaşıl keçid strategiyasının hazırlanması, ətraf mühit risklərinin idarə edilməsi, iqlim məsələlərinin investisiya qərarlarına daxil olunması barədə məlumat verilib, qabaqcıl təcrübə diqqətə çatdırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə KOB-ların “yaşıl iqtisadiyyat”a transformasiyası və “yaşıl maliyyələşmə”yə dair seminar keçirilib. 

Tədbirdə KOB sektoru ilə əlaqəli dövlət və özəl qurumların, o cümlədən maliyyə təşkilatlarının 20-dən artıq nümayəndəsi iştirak edib.

Seminarda Asiya İnkişaf Bankının yerli və beynəlxalq ekspertləri tərəfindən KOB-lar üzrə yaşıl inkişafın əhəmiyyəti, yaşıl keçid strategiyasının hazırlanması, ətraf mühit risklərinin idarə edilməsi, iqlim məsələlərinin investisiya qərarlarına daxil olunması kimi mövzular üzrə məlumat verilib, qabaqcıl təcrübə diqqətə çatdırılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, seminar ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” və bu il Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində KOB sektoru üzrə maraqlı tərəflərin potensialının artırılması məqsədilə təşkil olunub. 

Powered by Froala Editor