Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək davam edir 17.06.22
KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək davam edir

Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi davam etdirilir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dəstəklə daha 16 KOB subyetki “Baku Crystal Hall”da keçirilən "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisində məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına təqdim edir. KOBİA-nın xüsusi stendində Agentliyin sərgilərə çıxışa dəstək mexanizmi çərçivəsində KOB-ların sənaye, qida, inşaat və digər sahələrdə məhsul və xidmətləri sərgilənir. 

Hazırda KOBİA KOB-ların satış imkanlarının genişləndirilməsinə və yerli məhsulların tandılımasına dəstək məqsədilə ödənişsiz olaraq KOB-ların yerli və xarici ölkələrdə keçirilən sərgilərdə iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək göstərir. KOB-lar kobmarket.az onlayn ticarət portalının imkanlarından da istifadə edə bilərlər. 

Qeyd edək ki, "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur. Sərgi iyunun 18-dək davam edəcəkdir. 

Powered by Froala Editor