Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB-ların innovativ layihələrinin reallaşdırılmasına dövlət dəstəyi davam edir 22.11.23
KOB-ların innovativ layihələrinin reallaşdırılmasına dövlət dəstəyi davam edir

Daha 8 KOB subyektinə innovativ layihələrini gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 118-ə çatıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 8 KOB subyektinə onları innovativ layihələrindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib. 

“Startap” şəhadətnamələri "Smartpost" MMC-nin ağıllı poçt qutularının istehsalı və istismarı, fiziki şəxs Davud İbrahimlinin onlayn mağazası (marketpleys), "Snackpack" MMC-nin “Axşam bazarı” mobil tətbiqi, “Helind Enerji” MMC-nin telemetrik və enerji sistemləri üçün data loqer cihazının istehsalı və satışı, "Vvegros Azerbaijan" MMC-nin icma əsaslı onlayn alış-veriş platforması, fiziki şəxs Malik Sultanovun kənd təsərrüfatı üçün torpaqda nəm tutucu materialın istehsalı və satışı, "Bonpara” MMC-nin maddi dəstək və abunə haqlarının (ödənişlərin) toplanılması funksiyalı e-ticarət platforması və "Puzzle Tech" MMC-nin tələbələr üçün endirim platforması layihələri üçün təqdim edilib.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlar barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: 

 https://bit.ly/3dETJqw 

Powered by Froala Editor