Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“KOB-ların inkişafı - sahibkarlıq təlimləri” keçirilib 16.03.24
“KOB-ların inkişafı - sahibkarlıq təlimləri” keçirilib

KOBİA və Bilişim Vadisi Bakı arasında ötən il imzalanmış əməkdaşlığa dair Niyyət Protokolu çərçivəsində təlimlər davam edir. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində növbəti təlim keçirilib. “KOB-ların inkişafı - sahibkarlıq təlimləri”ndə KOBİA və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində baş tutmuş “Gənc startap” sahibkarlıq təlimlərini uğurla başa vurmuş şəxslər və Agentlikdən “Startap” şəhadətnaməsi almış startaplar iştirak ediblər.  


Təlimdə Bilişim Vadisi Bakının mentoru tərəfindən komanda qurmaq, idarə etmək, liderlik, texnologiya şirkətlərinə satış, layihənin investisiya qoyuluşu üçün hazırlanması mövzuları tədris olunub, iştirakçıların sualları cavablandırılıb.


Qeyd edək ki, təlimlər KOBİA və Bilişim Vadisi Bakı arasında ötən il imzalanmış əməkdaşlığa dair Niyyət Protokolu çərçivəsində keçirilib.  

Powered by Froala Editor