Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib 22.11.19
KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib

Noyabrın 22-də Bakı Bulvar Otelində “Beynəlxalq Pərakəndə Sərgi” öz işinə başlayıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə də iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin bazarlara çıxışının genişləndirilməsi üçün KOB-ların sərgidə iştirakına dəstək göstərib.

Sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində “Paşa Holdinq”in dəstəyi ilə qazlı sular, bal, şirniyyat məhsulları, divar və fasad boyaları, milli kəlağayılar, İT texnologiyalar və s. nümayiş olunur. Belə sərgilərdə mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakı onların bazarlara çıxışı və satış imkanlarının genişləndirilməsi ilə yanaşı, KOB-ların məhsul və xidmətlərinin, yeni brendlərin daha geniş auditoriyaya təqdim olunması, mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlığın qurulması baxımından da faydalıdır.

“FA International Trade Events” MMC-nin təşkilatçılığı ilə 21-23 noyabr tarixlərində "Beynəlxalq Pərakəndə Konqres"i çərçivəsində keçirilən Sərgidə yerli və xarici şirkətlər iştirak edirlər.

Powered by Froala Editor