Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB-ların beynəlxalq keyfiyyət standartlarına inteqrasiyasına dəstək göstəriləcək 30.06.25
KOB-ların beynəlxalq keyfiyyət standartlarına inteqrasiyasına dəstək göstəriləcək

KOBİA və “Sage Solutions” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


KOB-ların ISO standartlarına uyğun fəaliyyətinin təşviqi, bu sahədə institusional dəstəyin gücləndirilməsi və KOB-ların beynəlxalq keyfiyyət standartlarına inteqrasiyasına dəstək üçün yeni əməkdaşlıq çərçivəsi formalaşdırılıb. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Sage Solutions” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və şirkətin direktoru Fikrət Məmmədov imzalayıblar. 

Memorandum sahibkarlıq subyektləri üçün güzəştli şərtlər əsasında ISO standartları üzrə sertifikatlaşdırma ilə bağlı məsləhət xidmətləri, sertifikatlaşdırma auditinin təşkili və sözügedən standartların tələblərinə uyğunluğun təmin edilməsində birgə fəaliyyətin təşkilini nəzərdə tutur. 

Powered by Froala Editor