Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək 06.05.24
KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumu (World Economic Forum) ilə icra etdiyi "Rəqəmsal iqtisadiyyata investisiyaların cəlbi" layihəsi çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə ölkədəki “scale-up” mərhələsindəki startap və KOB-ların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində 13-14 iyun tarixlərində Bakı şəhərində 2 günlük vörkşop keçirməyi planlaşdırır.

Vörkşop çərçivəsində xarici birbaşa investisiyaların cəlbi üçün əsas göstəricilər və kriteriyalar, onlara nail olunması istiqamətində dövlət və özəl sektor iştirakçılarının vəzifələri, müvafiq sahələr üzrə bazar araşdırmasının aparılması metodları, ictimai-mədəni adaptasiya, fərdiləşdirilmiş yanaşmanın əhəmiyyəti və lokallaşdırma, maliyyə planlaşdırması, şirkət infrastrukturu və “scale-up” potensialı, resursların optimizasiyası kimi sahələrdə təlim və müzakirələr həyata keçiriləcək. Tədbirdə həmçinin investorların hədəflənməsi strategiyalarına dair ekspert rəyi və fərdi məsləhətləşmə sessiyaları nəzərdə tutulur.

Vörkşopda Azərbaycanla yanaşı, Mərkəzi Asiya və Türkiyədən də startapların iştirakı gözlənilir.

4SİM startap və KOB-ları 13-14 iyun tarixlərində Bakı şəhərində baş tutacaq vörkşopa dəvət edir. Tədbirdə yerlərin sayı məhduddur. Yalnız ilk müraciət edənlər vörkşopda iştirak haqqı qazana bilər.

Ətraflı məlumat üçün: https://shorturl.at/lmrDP

Qeydiyyat üçün son tarix: 20 may, 2024-cü il 

Müraciət üçün: https://shorturl.at/hkCLT  

Powered by Froala Editor