Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB-lar üçün seminar keçiriləcək 23.08.19
KOB-lar üçün seminar keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sentyabrın 5-də mikro və kiçik sahibkarlıq subyektləri üçün “İş yerində bədən dili” mövzusunda seminar keçiriləcək.

Tədbirdə “EduMark Consulting” şirkəti tərəfindən sahibkarlara iş mühitində rəhbər və digər şəxslərlə münasibətlərin idarə olunması, effektiv əlaqələrin qurulması, “bədən dili”ndən (jest, mimika və s.) düzgün istifadə barədə nəzəri və praktik məlumatlar veriləcəkdir.

Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “İş yerində bədən dili” seminarı” yazmaqla Agentliyin training@smb.gov.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Tədbirdə iştirak ödənişsizdir və iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

Tədbirin keçirilmə tarixi: 5 sentyabr 2019-cu il

Seminarın saatı: 18:30 – 20:30-dək

Ünvan: Cəfər Cabbarlı küç. 44 (Caspian Plaza, Language House)

Əlaqələndirici şəxs: Elməddin Hacıyev

Telefon: (+994 12) 404-04-01.

Powered by Froala Editor