Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB-lar üçün onlayn təlim sistemi yaradılır 11.04.19
KOB-lar üçün onlayn təlim sistemi yaradılır

Kiçik və orta sahibkarların təlim ehtiyaclarının ödənilməsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) prioritetlərindəndir. Təcrübə göstərir ki, KOB-ların buna daha çox tələbatı var. Hazırda Agentlik tərəfindən müasir dövrün tələblərinə uyğun təlim sisteminin yaradılması istiqamətində işlər aparılır və yaxın zamanlarda onlayn platformada reallaşacaq bu sistem sahibkarların istifadəsinə veriləcək. Bu sistem vasitəsilə həyata keçiriləcək təlimlər biznes subyektlərinin fəaliyyətlərinin daha səmərəli təşkilində əhəmiyyətli olacaqdır.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov aprelin 11-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə öz işinə başlamış “Fərdi aqrar təsərrüfatlarının iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlimdə məlumat verib.

Tədbirdə KOBİA tərəfindən kiçik və orta biznes subyektlərinin təlim-tədris ehtiyacları nəzərə alınmaqla həyata keçirilən tədbirlər, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə təşkil olunan on-line təlimlər barədə də məlumat verilib. Vurğulanıb ki, bu təlimlər biznes mühitində baş verən dəyişikliklər barədə sahibkarları məlumatlandırmaqla yanaşı, dövlət-sahibkar dialoqunun inkişafına da öz töhvəsini verməkdədir.

İqlim dəyişikliyinin xüsusilə aqrar sahədə aktual məsələlərdən olduğunu qeyd edən Agentlik sədri müvafiq təlimin aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası üçün faydalı biliklər əldə edilməsi baxımdan önəmini diqqətə çatdırıb.

Powered by Froala Editor