Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOB-lar üçün e-ticarətə dair təlimlər keçirilir 14.06.23
KOB-lar üçün e-ticarətə dair təlimlər keçirilir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada kiçik və orta bizneslər (KOB) üçün altı günlük (hər gün üç saat olmaqla) onlayn elektron ticarət təlimləri keçirir. Layihə Avropa İttifaqı və AYİB tərəfindən birgə maliyyələşdirilir.


Təlimin məqsədi sahibkarların sərhədlərarası elektron ticarət əməliyyatları ilə bağlı bilik və bacarıqlarını artırmaqdır. Təlim məhsullarını Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Yaxın Şərq və s. kimi qlobal bazarlara satmaq istəyən kiçik və orta sahibkarlıq subyektləri üçün keçirilir.


Təlim “Lenta Coniwi Enterprise Danismanlik A.S.” tərəfindən AYİB-in Kiçik Bizneslər üzrə Maliyyə və İnkişaf Qrupu ilə sıx əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.


Tədbir iştirakçıları aşağıdakı sahələrdə məlumatlandırılacaqdır:

 

• E-ixrac və onlayn bazarlarda satış tələbləri haqqında əsas biliklər

• Hədəf bazarları, rəqiblər, gəlirliliyi təhlil etmək və maliyyə planı hazırlamaq

• Əlavə Dəyər Vergisinin (ƏDV) qeydiyyatı prosesi haqqında məlumat 

• Onlayn ödəniş sistemləri üzrə biliklər 

• Xaricdə şirkətlərin yaradılması proseslərində təcrübə qazanmaq, üstünlüklər və müqayisələr

• Seçilmiş bazar yerləri üçün məhsul portfelini hazırlamaq və müvafiq fotoşəkilləri seçmək


Təlim haqqında ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz: https://lentaenterprise.com/lp/

Tədbirdə iştirak ödənişsizdir.

Tarix: 20-21-22 iyun və 4-5-6 iyul 2023-cü il

Saat: 15:00-18:00

Platforma: ZOOM

Dil: Təlim ingilis dilində keçiriləcək.

 

Təlimdə iştirak etmək üçün bu linkdən istifadə edərək qeydiyyatdan keçmək lazımdır: https://lentaenterprise.typeform.com/LENTA-EBRD

 

Qeydiyyatdan keçmiş iştirakçılara tədbirə qoşulmaq üçün Zoom linki olan avtomatik elektron cavab göndəriləcək. 

Qeydiyyat üçün son tarix: 19 iyun 2023-cü il


Əlavə suallar olarsa mustafan@ebrd.com ünvanına e-poçt göndərmək və ya (+994) 50 376 58 14 nömrəsi ilə əlaqə saxlamaq olar. 

Powered by Froala Editor