Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər 12.07.19
KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər

27-28 iyul tarixlərində Quba rayonunda Regional Mətbəx Festivalı keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə təşkil olunacaq festivalda Quba və ətraf rayonlarda qida, ictimai-iaşə və turizm sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar da öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyininvə Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba Destinasiya Menecmenti Təşkilatı və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçiriləcək festivalda yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunacaq, "Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaqdır.

Powered by Froala Editor