Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib 23.08.19
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib

Mikro, kiçik və orta biznes subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dövlət və özəl qurumlarla birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq təlim, seminar, treninq və bu kimi tədbirlər təşkil olunur, sahibkarlar maarifləndirilir.

Avqustun 22-də KOBİA-da konsaltinq, qida və xidmət sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar, o cümlədən gənc və qadın sahibkarlar, sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçirilib.

KOBİA və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə KOB subyektləri müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi, alternativ maliyyə mənbələri və onlara çıxış imkanları, bu sahədə beynəlxalq təcrübə barədə məlumatlandırılıb, mövzuya dair müxtəlif təqdimatlar keçirilib.

Seminar çərçivəsində biznesin qurulması və inkişaf etdirilməsi üçün kapital ehtiyacı və mövcud maliyyələşmə mənbələri, Bakı Fond Birjasında listinqin üstünlükləri, Listinq Məsləhət Proqramına qoşulma, eləcə də mövzu ilə bağlı KOB-ları maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor