Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB-lar I Sənətkarlıq Festivalında iştirak edir 04.07.19
KOB-lar I Sənətkarlıq Festivalında iştirak edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda ilk dəfə olaraq keçirilən I Respublika Sənətkarlıq Festivalında təmsil olunur.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, KOBİA-nın tərəfdaşlığı ilə keçirilən festivalda paytaxt və regionlardan olan 100-dən çox sənətkar öz əl işlərini nümayiş etdirir.

Festivalda iştirak edən sahibkarlara Agentliyin KOB dostları tərəfindən biznesin qurulması və genişləndirilməsi üçün məsləhət xidmətləri göstərilir, KOB-lar Agentliyin fəaliyyəti, mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılır, onlara maarifləndirici bukletlər paylanılır.

Tədbir çərçivəsində KOBİA tərəfindən sənətkarlıqla məşğul olan sahibkarların ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi üçün sorğuların keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, I Respublika Sənətkarlıq Festivalı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil olunub və iyulun 7-dək davam edəcəkdir.

Powered by Froala Editor