Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOB könüllülərinin sıraları genişlənir 03.04.19
KOB könüllülərinin sıraları genişlənir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri”nin sırasına yeni könüllülər qoşulub. Artıq Agentliyin regionlardakı KOB dostları ilə birlikdə fəaliyyət göstərən könüllülər də daxil olmaqla KOBİA-da 30 gənc könüllü fəaliyyəti ilə məşğuldur.

Agentlikdə yeni könüllülərin fəaliyyətə başlaması ilə bağlı keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov qeyd edib ki, Agentlikdə “KOB könüllüləri” Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. Bildirilib ki, Agentlikdə könüllü fəaliyyətini başa vurmuş bir sıra gənclər artıq işlə təmin olunub. “KOB könüllüləri” Proqramı barədə gənclərin ətraflı məlumatlandırılması, eləcə də gənclərin KOB könüllüləri sırasına qoşulması üçün Agentliyin www.smb.gov.az saytında xüsusi bölmə yaradılıb. Gələcəkdə Agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.

Sonra Agentlikdə könüllülük fəaliyyətinə yeni qoşulmuş gənclərə KOB könüllülərinin fəaliyyəti barədə ətraflı məlumat verilib, KOB könüllüsü Lamiyə Çobanzadə aktiv fəaliyyətinə görə ayın könüllüsü seçilib.

Powered by Froala Editor