Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi 05.12.20
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi


Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilib.

“Könüllülər ili”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü olmuş 7 gənc Agentliyin struktur bölmələrində işlə təmin edilib. Ümumilikdə indiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.

"Könüllülər ili"nə töhfə vermək məqsədilə KOBİA-nın dəstəyi və "KOB könülllüləri"nin təşəbbüsü ilə "Könüllünün öz/əl kitabı" nəşr edilib və ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz paylanılıb. 2020-ci ildə “KOB könüllüləri” Agentliyin dəstəyi və iştirakı ilə keçirilmiş müxtəlif tədbirlərinaksiyaların təşkilinə dəstək göstərib, könüllülərin təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilib.

Gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. “KOB könüllüləri” Agentliyin inzibati binasında, "KOB Dostu" ofislərində, KOB evlərində və qurumun digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak etməklə təcrübə toplayır, öz bilik və bacarıqlarını artırırlar. 2 ay davam edən könüllülük fəaliyyətinin sonunda "KOB könüllüləri"nə sertifikatlar verilir.

Powered by Froala Editor