Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“KOB könüllüləri” proqramı gənclərin iş həyatına uğurlu keçidinə fürsət yaradır 13.07.23
“KOB könüllüləri” proqramı gənclərin iş həyatına uğurlu keçidinə fürsət yaradır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkəmizdə könüllü fəaliyyətinə öz töhfəsini verən qurumlardandır. Bu il KOBİA-nın “KOB könüllüləri” proqramının 5 yaşı tamam olur.

KOBİA-nın Katibliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Quliyevanın sözlərinə görə, fəaliyyətə başladığı ilk gündən KOBİA “Könüllü fəaliyyət haqqında” Qanuna uyğun olaraq, ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirir. 2018-ci ildən etibarən tətbiq olunan “KOB könüllüləri” proqramı gənclərə, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alanlara müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur. “KOB könüllüləri” KOBİA-nın inzibati binasında, Agentliyin Bakı şəhəri və regionlarda fəaliyyət göstərən KOB dostu ofislərində, KOB evlərində və digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak edirlər. 2023-cü ilin ötən dövründə “KOB könüllüləri” proqramına 60, indiyədək isə 600-ə yaxın gənc qoşulub.

KOBİA-da könüllü kimi fəaliyyət göstərmək istəyən gənclərə dair tələblər əsasən intizamlılıq, ünsiyyətcil olmaq, operativlik, komandada işləmək və təşkilatçılıq bacarıqları, təşəbbüskarlıqdır. Könüllü seçimi zamanı bu meyarlara cavab verən, kompüter və dil bilikləri olan gənclərə üstünlük verilir. “KOB könüllüləri” proqramına qoşulmaq istəyən gənclər KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində "KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçməlidir. Bu bölməyə daxil olan elektron müraciətlər dəyərləndirilir və könüllülərə dair seçim meyarlarına uyğun gələn namizədlər könüllü fəaliyyəti üçün müsahibə mərhələsinə dəvət olunurlar.

Könüllülərin fəaliyyəti əsasən struktur bölmənin iş prosesinə uyğun olaraq dəyişir. Məsələn, KOB evlərinin fəaliyyətinə uyğun olaraq könüllülər bu mərkəzlərə müraciət edən sahibkarları qarşılayır, onları burada göstərilən xidmətlər barədə məlumatlandırır, elektron növbə sistemindən istifadədə vətəndaşlara kömək edir, müvafiq xidmət masalarına yönləndirirlər.

V.Quliyeva deyib ki, könüllülərin əksəriyyəti tələbələr olduğu üçün onların dərsləri nəzərə alınır və Agentlikdə 2 növbədə könüllülük fəaliyyəti həyata keçirilir: “Könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilərlər. “KOB könüllüləri” Agentliyin gündəlik iş prosesində yaxından iştirak etdikləri üçün sahibkarlıq, biznes mühiti ilə bağlı dünyagörüşlərini artırır, müvafiq sahədə bilik və bacarıqlara yiyələnirlər. Bu isə idarəetmə, biznes və menecment kimi sahələrdə təhsil alan gənclər üçün faydalıdır. 2 ay davam edən könüllü fəaliyyətini müqavilə öhdəliklərinə uyğun olaraq uğurla başa vuran gənclərə KOBİA tərəfindən sertifikatlar verilir ki, bu da onların iş həyatına uğurlu keçidinə fürsət yaradır”.

“KOB könüllüsü” olmaq istəyən gənc üçün yaş və ixtisasla bağlı hər hansı məhdudiyyətin olub-olmadığına gəldikdə, V.Quliyeva qeyd edib ki, ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan, 16-25 yaş arası gənclər könüllü fəaliyyəti üçün Agentliyə müraciət edə bilərlər. İdarəetmə və iqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan gənclərə daha çox üstünlük verilir.

KOBİA-da könüllü olmuş gənclərdən 2-si cari il ərzində, indiyədək isə ümumilikdə 14 nəfər Agentliyin müxtəlif struktur bölmələrində işlə təmin edilib: “Fürsətdən istifadə edərək gənclərə təhsil aldıqları müddətdə və ya təhsillərini başa vurduqdan sonra ixtisaslarına uyğun dövlət və özəl qurumlarda könüllü fəaliyyəti ilə məşğul olmağı tövsiyə edirik”.

https://vergiler.az/news/economy/24985.html

Powered by Froala Editor