Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOB könüllüləri işlə təmin edilib 07.11.19
KOB könüllüləri işlə təmin edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllülük fəaliyyətini uğurla başa vurmuş daha 5 “KOB könüllüsü” müxtəlif sahələrdə əmək fəaliyyətinə başlayıb.

“KOB Dostu”nun Qəbələ-Oğuz ofisində fəaliyyət göstərən könüllülər – Rəfayət Bayramova, Aysel Calalova, Teymur Alışanov və Elvin Məmmədov müvafiq olaraq Qəbələdə “ASAN xidmət” Mərkəzində, Azərbaycan Respublikası Gənclər Fondu yanında Gənclərin İnkişaf və Karyera Mərkəzində və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzində işlə təmin ediliblər.

Şamaxı “KOB Dostu” ofisinin ilk könüllülərindən olmuş Səməd Əzizov isə “Azəriqaz” İstehsalat Birliyinin Ağsu üzrə regional idarəsində fəaliyyətə başlayıb.

Məlumat üçün bildirək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi üçün Agentlikdə "KOB Könüllüləri Proqramı" həyata keçirilir. Hazırda 25 gənc Agentlikdə və ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu" şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir. Onların əksəriyyəti iqtisadiyyat, biznes, idarəetmə sahəsində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərdir. Ümumilikdə indiyədək 70-ə yaxın gənc "KOB Könüllüləri Proqramı" çərçivəsində Agentlikdə könüllü fəaliyyətinə cəlb edilib. Onlardan 45-i proqramı uğurla başa vuraraq məzun olub. Könüllülük fəaliyyəti müddətində gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar. “KOB könüllüsü” olmuş bir sıra gənclər dövlət və özəl müəssisələrdə, o cümlədən KOBİA-da əmək fəaliyyətinə başlayıblar.

Powered by Froala Editor