Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB inkişaf mərkəzlərinin vahid portalı - www.kobim.az sahibkarların istifadəsinə verildi 12.11.20
KOB inkişaf mərkəzlərinin vahid portalı - www.kobim.az sahibkarların istifadəsinə verildi

Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, həmçinin sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin biznes sahəsində təlimlər və məsləhət xidmətləri, şəbəkələşmə, təcrübə proqramları, maliyyə resurslarına çıxış və digər dəstəklər barədə məlumatlandırılması və təlimlər üçün KOB inkişaf mərkəzlərinin vahid onlayn platforması – www.kobim.az saytı istifadəyə verildi.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış saytın məqsədi KOB-ları bilik və bacarıqlarının artırılması üçün zəruri olan dəstək və xidmətlər barədə məlumatlandırmaq, bu xidmətlərə çıxışın asanlaşdırılmasıdır.

www.kobim.az saytında KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM), bu mərkəzlərdə sahibkarlar üçün təşkil olunan təlimlər, məsləhət, şəbəkələşmə və digər xidmətlər, peşəkar təlimçi-ekspertlər haqqında məlumatlar verilir. Saytda həmçinin, ay ərzində Bakı, Sumqayıt, Xaçmaz və Yevlax KOBİM-lərdə təşkil olunan ödənişsiz təlimlərə dair məlumatlar yerləşdirilir. KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı da yaradılıb.

Yaxın günlərdə saytda KOB-lar üçün onlayn təlim imkanı yaradılacaq, həmçinin sayta video təlim materialları yerləşdiriləcək ki, bu da sahibkarlara yaşadıqları ərazini tərk etmədən və vaxta qənaət etməklə biznes sahəsində zəruri biliklər əldə etməyə, sahibkarlıq fəaliyyəti və bu sahədəki yeniliklər barədə məlumatlanmağa imkan verəcəkdir.

Powered by Froala Editor