Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB inkişaf mərkəzləri sahibkarların əlaqələndirilməsinə və təcrübə mübadiləsinə dəstəyini davam etdirir 13.10.21
KOB inkişaf mərkəzləri sahibkarların əlaqələndirilməsinə və  təcrübə mübadiləsinə dəstəyini davam etdirir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir, Şəmkir-Gədəbəy və Daşkəsən-Göygöl KOB inkişaf mərkəzlərinin təşkilatçılığı ilə heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərin “Azərsun Şamaxı Aqropark”ına infoturu təşkil edilib. 

 

Sahibkarlar arasında əməkdaşlığın qurulması və mövcud əlaqələrin inkişaf  etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə təşkil olunmuş tədbirdə 6 rayondan 20 fermer iştirak edib. İnfotur çərçivəsində sahibkarlar əkin sahəsində və heyvandarlıq kompleksində olublar. Aqroparkın mütəxəssisləri iştirakçıları müxtəlif interaktiv metodlardan istifadə olunmaqla müasir heyvandarlıq komplekslərinin avtomatlaşdırılması, heyvanların sağlamlığına, qidalanmasına, südün keyfiyyətinə nəzarəti təmin edən xüsusi elektron sistem, eləcə də cins heyvanların düzgün qaydada saxlanılması və onlara qulluqla bağlı məlumatlandırıblar. 

 

Tədbir çərçivəsində həmçinin, Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzində “KOB-ların klasterləşməsi” mövzusunda təlim keçirilib. Sahibkarlara heyvandarlıq sahəsində klasterlərin yaradılması, onun səmərəliliyi, klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər barədə məlumat verilib. Bundan başqa, maliyyə resurslarına çıxış, çevik idarəetmə sistemi və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi ilə biznesin inkişaf etdirilməsi, rəqabətqabiliyyətliyin artırılması, yerli və xarici investisiyaların cəlb edilməsi yolları izah olunub, sahibkarların müvafiq sahədə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor