Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir 22.02.20
KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir


Xaçmaz KOB Evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində startaplar və mikro sahibkarlar üçün növbəti təlim “Biznes planın hazırlanması” mövzusuna həsr olunub.

4 gün davam edən təlimdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın startap və mikro sahibkar iştirak edib.

Təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketinq, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat verilib, təlimçilər tərəfindən KOB-ları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, KOB-lara təlim çərçivəsində əldə etdikləri bilikləri praktiki tətbiq etmək imkanı yaradılıb.

KOB İnkişaf Mərkəzində keçirilən təlimləri uğurla başa vuran KOB-lara sertifikatlar təqdim edilib.

Powered by Froala Editor