Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“KOB Fest” sərgi satış yarmarkası Lənkəran şəhərində 20.05.22
“KOB Fest” sərgi satış yarmarkası Lənkəran şəhərində


Növbəti KOB Fest sərgi-satış yaramarkası mayın 22-də Lənkəran şəhərində təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Lənkəran şəhərinin sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edir.

Yarmarkada Lənkəran şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida, qeyri-qida məhsulları, sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. KOB Fest çərçivəsində həmçinin, bölgədə təhsil, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq.

Festival ərzində sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək və mədəni-əyləncəli proqram təşkil ediləcək.

“KOB Fest”in təşkilində məqsəd Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir. 

Lənkəran şəhərində Heydər Əliyev Parkında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.


Powered by Froala Editor